Avtomobil piyadanı vuraraq öldürdü

10 Aprel 2026 09:52

Qazax şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə aprelin 9-da saat 17 radələrində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Kazımov Anar Rəhman oğlunun idarə etdiyi "BMW" markalı avtomobil şəhərin Səməd Vurğun küçəsində hərəkətdə olarkən yolu keçən piyada - 1952-ci il təvəllüdlü İsmayılov Faiq Məcid oğlunu vurub.

Nəticədə piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində həyatını itirib.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az