Türkiyənin tanınmış müğənnisi Gülşen yenidən səhnə obrazı ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçi bu dəfə konsert zamanı seçdiyi geyim tərzi ilə müzakirələrə səbəb olub. Səhnə performansı zamanı fərqli və açıq-saçıq obrazı ilə seçilən ifaçının görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Gülşen adətən səhnədə açıq-saçıq və iddialı geyimləri ilə gündəmə gələn sənətçilərdəndir. Bu dəfəki seçimi də izləyicilər arasında birmənalı qarşılanmayıb.
Bəzi sosial şəbəkə istifadəçiləri müğənninin stilini bəyənərək onu səhnəyə yaraşan obraz kimi qiymətləndiriblər. Digərləri isə geyimin həddindən artıq açıq olduğunu bildirərək tənqid ediblər.
Müzakirələrə səbəb olan görüntülər qısa zamanda minlərlə baxış toplayaraq gündəmdə yer alıb.
Musa
Milli.Az