DİM-dən imtahana telefonla gələn şagirdin iddialarına cavab

9 Aprel 2026 22:04

11-ci sinif şagirdi Elnar Əkbərli buraxılış imtahanında telefonla getdiyi üçün imtahandan xaric edildiyi barədə sosial mediada şikayətlər yayıb.

Onun iddalarına görə, telefonu qapıda polisə təhvil vermək istəyib, amma polis götürməyib və nəzarətçiyə yönləndirilib. Nəzarətçiyə yaxınlaşıb üzərində telefon olduğunu deyən şagird sənədə qol çəkib və imtahandan xaric edilib.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, imtahan binasına mobil telefon gətirmək olmaz:

"Qapıdakı polis ictimai asayişi təmin etmək üçün orda dayanır. İmtahan binasına mobil telefon gətirmək olmaz. Qayda birmənalıdır və dəfələrlə bununla bağlı xəbərdarlıq edilir. Şagirdin imtahana buraxılış vərəqəsində, həmçinin yaddaş kitabçasında da bununla bağlı qeyd var".

Milli.Az