Körpələr və erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalara dair sanitariya normaları və qaydalarının hazırlanacağı vaxt açıqlanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, 1 may 2026-cı il tarixinə qədər Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sözügedən norma və qaydaları hazırlamalıdır.
Qeyd edək ki, AQTA-nın Kollegiyası 4 dekabr 2025-ci ildə "Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları"nın və "Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Milli.Az