Bel ətrafında yığılan inadkar yağlar bir çox insanın ortaq probleminə çevrilib. Bu nahiyədəki piylər adətən pəhriz və idmana ən gec reaksiya verən toxumalardır.
Milli.Az xəbər verir ki, bel ətrafı yağların əridilməsində təbii vasitələrlə maddələr mübadiləsini sürətləndirmək ən təsirli üsullardan biridir.
Bu yolda sizin ən böyük köməkçiniz üyüdülmüş kətan toxumu və zəncəfil qarışımı olacaq. Zəncəfil bədən hərarətini artıraraq yağların yanmasını sürətləndirir, kətan toxumu isə yüksək lifli tərkibi ilə bağırsaqların fəaliyyətini tənzimləyən əsl "bağırsaq dostu"dur.
Hazırlanması çox sadə olan möcüzəvi resept:
• 2 xörək qaşığı qatıq;
• 1 çay qaşığı toz zəncəfil;
• 1 çay qaşığı üyüdülmüş kətan toxumu;
• Yarım limonun suyu.
İstifadə qaydası:
Bu təbii qarışımdan maksimum fayda almaq üçün 21 gün boyunca hər səhər acqarına, yeməkdən 1 saat əvvəl istifadə etmək lazımdır. Müntəzəm istifadə həm toxluq hissi yaradır, həm də bel nahiyəsindəki şişkinliyi aradan qaldırır.
Mədə-bağırsaq sistemində problem (qastrit, xora və s.) olan şəxslərə bu qarışımdan istifadə məsləhət görülmür. Tərkibindəki zəncəfil və limon suyu boş mədədə qıcıqlanma yarada bilər. Hər hansı xroniki xəstəliyiniz varsa, istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.
Səkinə Yusifova
Milli.Az