Noyer həftənin ən yaxşısı seçildi

9 Aprel 2026 18:35

Manuel Noyer Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib
Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

Milli.Az xəbər verir ki, hücumçu 1/4 final mərhələsinin "Real" (İspaniya) ilə keçirilən ilk görüşündə (2:1) özünü yaxşı tərəfdən göstərib.

O, matç ərzində 9 seyvlə yadda qalıb.

Qeyd edək ki, qolkiper səsvermədə David Raya ("Arsenal"), Xviça Kvaratsxeliya (PSJ) və Xulian Alvares ("Atletiko") qabaqlayıb.

Milli.Az