Bu ərazilərə qar YAĞIR - Faktiki hava

9 Aprel 2026 17:04

Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava müşahidə olunur.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 9-u saat 16:00 olan məlumatında qeyd olunub.

Belə ki, Sabirabad, Kürdəmir, Qobustan, Neftçalada arabir yağış yağır, Daşkəsən, Qax (Sarıbaş) və Şahdağda isə qar yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Goranboyda 23, Ağdam, Tərtər və Naftalanda 22, Bərdə, Quba (Xınalıq) və Şahdağda 20, Mingəçevirdə 16 m/s-dək güclənir.

Şəki, Şamaxı, Daşkəsən, Göygöl, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Milli.Az