ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlarda İranda 3 mindən çox insan həyatını itirib.
Milli.Az xəbər verir ki, bu barədə ölkənin Məhkəmə Tibbi Ekspertizası Təşkilatının rəhbəri Abbas Məscadi verdiyi müsahibədə bildirib.
"Biz ölkə miqyasında düşmən zərbələri nəticəsində həlak olan 3 mindən artıq şəxsin meyitini ailələrə təhvil vermişik. Meyitlərin təqribən 40 faizini tanımaq qeyri-mümkün idi, lakin məhkəmə-tibbi ekspertiza qurumunun imkanları və ehtiyatlarından istifadə edilərək onların şəxsiyyəti müəyyənləşdirildi və mərhumların ailələrinə verildilər", - deyə o bildirib.
Xatırladaq ki, fevralın 28-dən etibarən İsrail Müdafiə Qüvvələri İrana qabaqlayıcı zərbə endirməyə başlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. Martın 1-də isə İranın Ali Lideri Əli Xamenei və onlarla yüksək rütbəli şəxs hücumlar zamanı ölüb.İran da öz növbəsində həm İsrailə həm də ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.
Milli.Az