Türk bloqer azərbaycanlı həmkarlarına "üsyan etdi": "Siz kimsiniz ki..." - VİDEO

9 Aprel 2026 15:50

Bakıda yaşayan və azərbaycanlı bəylə ailə quran türk bloqer Sevim sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, bloqer azərbaycanlı həmkarlarından narazılığını açıq şəkildə ifadə edib. O, bəzi bloqerlərin onun yazdığı mesajlara cavab vermədiyini və diqqətdən kənarda saxladığını bildirib.

Sevim paylaşımında bu sözləri qeyd edib:
"Sizə xoş rəy yazıb fikir bildirirəm. Cavab verməmək, vecə almamaq çox pisimə gəlir. Siz kimsiniz ki... Yeri gələndə mənim izlənmələrim səndən çoxdur. Mesaj yazıram, cavab vermirsiniz. Xoşuma gəlib səni dəstəkləyən söz yazmışam, bu qədər də olmaz".

O, həmçinin bloqerlər arasında daha çox ünsiyyət və dəstəyin vacib olduğunu vurğulayıb:
"Birlikdə bir yerlərə gəlmək lazımdır".

Qeyd edək ki, bloqerin bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub və istifadəçilər tərəfindən fərqli reaksiyalarla qarşılanıb.

Musa
Milli.Az