Yaxın Şərq üzərində uçuşlara qoyulan məhdudiyyət uzadılıb

9 Aprel 2026 15:27

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə Yaxın Şərqdəki münaqişə zonası üzərindən uçuşları yerinə yetirməmək tövsiyəsinin müddətini 24 aprelədək uzadıb.

Milli.Az xəbər verir ki, tənzimləyicinin saytında yayılan məlumatda "münaqişə zonaları ilə bağlı informasiya bülleteninin qüvvədə olma müddəti 24 aprel 2026-cı ilədək uzadılıb" deyilir.

Yüksək təhlükə rejimi Bəhreyn, İran, İraq, İsrail, İordaniya, Küveyt, Livan, Oman, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı hava məkanına şamil olunur.

Qeyd edək ki, əvvəlki tövsiyə 10 aprel tarixinədək qüvvədə idi.

Ayxan
Milli.Az