Tovuzda ailə övladlarına baxmağa gücü çatmadığı üçün onları uşaq evinə yerləşdirilməsini istəyir.
Milli.Az xəbər verir ki, rayon sakini icra hakimiyyətinə müraicət edərək 3 azyaşlı övladlarını baxmağa imkanı olmadığını bildirib. Uşaqlar icra hakimiyyətinin nümayəndələri tərəfindən müayinə olunmaq üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Rayon icra hakimiyyətindən qeyd edilib, hazırda azyaşlılar xəstəxanada həkimlərin nəzarətindədir. Növbəti mərhələdə uşaqların uşaq evinə yerləşdirilməsini nəzərdə tutulur. İlkin məlumata görə, uşaqların anasının psixoloji problemləri var, bu səbəbdən ana uşaqlara baxa bilmir. Araşdırma zamanı məlum olub ki, uşaqların atası Tovuz şəhər sakini 1985-ci il təvəllüdlü Səbuhi Əsgərov içki aludəçisidir. Uşaqların anası 1987-ci il təvəllüdlü Təranə Əsgərovanın psixoloji problemləri var. Bu səbəbdən də 3 azyaşlı 2018-ci il təvəllüdlü İ.Əsgərov, 2019-cu il təvəllüdlü Y.Əsgərov və 2024-cü il təvəllüdlü İ.Əsgərovdur.
Məlumata görə, azyaşlıların anası uşaqları baxımsız vəziyyətdə saxlayırmış. Bununla bağlı qonşular da bir neçə dəfə aidiyyatı qurumlara müraicət edib. Hazırda uşaqların və anasının vəziyyəti normaldır.
Milli.Az
__________
Tovuz rayonunda valideynlər üç övladından imtina edib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.
Qeyd olunub ki, valideyinləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir.
Milli.Az