"Game of Thrones" aktyoru Michael Patrick Campbell 35 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, teatr səhnəsində uğurları ilə tanınan və "Game of Thrones" serialında rol alan irlandiyalı aktyor Michael Patrick Campbell 35 yaşında vəfat edib.
Aktyorun həyat yoldaşı Naomi sosial şəbəkədə paylaşım edərək onun aprelin 7-də Şimali İrlandiyada dünyasını dəyişdiyini bildirib. Qeyd olunub ki, o, ölümündən 10 gün əvvəl tibb müəssisəsinə yerləşdirilmişdi.
Fidan
Milli.Az