Xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Milli.Az xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, Sevinc Məmmədova 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Milli.Az