Tanınmış idmançı və məşqçi Kamil Zeynallı tərəfindən reklam edilən arıqlama çayı ilə bağlı ciddi narazılıq yaranıb.
Milli.Az-ın məlumatına görə, sözügedən çay "Minceur" çayıdır.
29 yaşlı vətəndaş bildirib ki, sözügedən məhsulu reklamda deyilənlərə inanaraq alıb və bir neçə gün istifadə etdikdən sonra səhhətində ciddi problemlər yaranıb. Onun sözlərinə görə, məhsulun qısa müddətdə 15 kilo arıqlatdığı iddia olunsa da, reallıq tam fərqli olub:
"Hazırda özümü çox pis hiss edirəm. Əllərim və ayaqlarım əsir, ayaq üstə dura bilmirəm. Çox halsızam. Bu yaşda belə vəziyyətə düşəcəyimi düşünməzdim. Bu məhsulun qurbanı oldum".
Şikayətçi bildirib ki, sosial şəbəkələrdə yayılan bu cür reklamlar insanları aldatmağa yönəlib və vətəndaşları belə məhsulları almamağa çağırıb:
"Bu, pul xatirinə edilən yalan reklamdır. Mən aldım və nəticəsi ortadadır. Xahiş edirəm, heç kim bu cür məhsullara aldanmasın. Səhhətimlə bağlı problemlər yaşayıram. Ölərəm-qalaram bilmirəm. İnsanı çox pis edir".
Mina Mikayılova
Milli.Az