Türkiyəli aparıcı Bircan Bali sosial media paylaşımında İbrahim Tatlısəs ilə bağlı təəccüblü açıqlama verib.
Milli.Az xəbər verir ki, Bali iddia edib ki, Tatlısəs ona reanimasiya şöbəsindən mesaj göndərib.
Onun sözlərinə görə, təxminən üç həftə əvvəl verdiyi müsahibənin səs yazısı İbrahim Tatlısəs üçün səsləndirilib və sonradan ondan ona zəng etməsi istənilib. Məşhur aparıcı paylaşımında Tatlısəsə ən xoş arzularını çatdırıb.
Bali mesajında bildirib ki, "Bu işi gördüyünüzə və sağalacağınıza çox şadam. Həmin gün dediyim kimi, sən dəyərlisən və sənin haqqında deyə biləcəyim bir şey yoxdur. Sənin üçün çoxlu dualar edirəm, sənə can sağlığı və tez bir zamanda sağalmağı arzulayıram".
Qeyd edək ki, İbrahim Tatlısəsin günlər öncə xəstəxanaya yerləşdirildiyi və əməliyyat olunacağı bildirilib.
Fidan
Milli.Az