Azərbaycanın sürücülük vəsiqəsi hansı ölkələrdə TANINIR? - SİYAHI

9 Aprel 2026 11:50

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı şəkildə tanınacaq.

Bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Saziş təsdiq olunduqdan sonra iki ölkə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi mümkün olacaq.

Maraqlıdır ki, başqa hansı ölkələrdə bu vəsiqə qarşılıqlı tanınır?

Milli.Az xəbər verir ki, vəsiqələrinin qarşılıqlı tanındığı ölkələr əsasən postsovet ölkələridir.

Qarşılıqlı tanınmanın olduğu MDB ölkələri aşağıdakılardır:

- Qazaxıstan;

- Qırğızıstan;

- Tacikistan.

Bundan əlavə, Azərbaycanla Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması barədə saziş mövcuddur.

Həmçinin, Rusiya, Gürcüstan, Almaniya, o cümlədən digər əksər ölkələrdə bu sənəd müvəqqəti keçərli sayılır.

Yalnız daimi yaşamaq hüququ olarsa, ölkənin daxili şərtlərinə uyğun imtahandan keçərərək yeni sənəd əldə edilir./Bizim.media

Milli.Az