ABŞ rəsmiləri İranla bağlı danışıqlar fonunda diqqətçəkən açıqlama verib.
Milli.Az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti JD Vensbildirib ki, İranın təqdim etdiyi ilkin 10 maddəlik təklifin "ChatGPT" vasitəsilə hazırlandığı düşünülüb və bu səbəbdən sənəd dərhal rədd edilib.
Onun sözlərinə görə, həmin təklif ABŞ nümayəndələrinə təqdim olunsa da, ciddi qəbul edilməyib və danışıqlar üçün əsas kimi götürülməyib.
Bu açıqlama ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilən iki həftəlik atəşkəs fonunda səsləndirilib.
Qeyd edək ki, tərəflər arasında danışıqların aprelin 11-də Islamabad şəhərində başlaması planlaşdırılır. Görüşdə ABŞ nümayəndə heyətinin də iştirakı gözlənilir.
Fidan
Milli.Az