"BakuBus" sürücüsü 49 yaşlı qadını vurdu

9 Aprel 2026 10:33

Gəncədə "BakuBus" şirkətinə məxsus 13 saylı marşrut xətti üzrə sərnişin daşıyan sürücü piyadanı vurub.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Mizə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü Zənurə Quliyeva aldığı xəsarətlərdən yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az