Daha 14 məşhur narkotikə görə saxlanıldı - FOTO

9 Aprel 2026 10:44

İstanbulda məşhurları əhatə edən narkotik istintaqı çərçivəsində yeni əməliyyat dalğası həyata keçirilib.

Milli.Az xəbər verir ki, İstanbul Anadolu Baş Prokurorluğunun qərarı ilə aralarında Emir Can İğrek, Somer Sivrioğlu, Sinem Özenç Ünsal, Hafsanur Sancaktutan, Burak Deniz və Mert Demir də daxil olmaqla ümumilikdə 14 nəfər haqqında həbs qərarı çıxarılıb.

İstintaq çərçivəsində şübhəlilərin narkotik və ya stimullaşdırıcı maddələrin alınması, istifadəsi, saxlanması və yayılması ilə bağlı cinayətlərdə iştirak etdikləri iddia olunur.

Aprelin 9-da keçirilən əməliyyat zamanı 11 nəfər saxlanılıb. 2 nəfərin axtarışı davam edir, 1 nəfərin isə ölkə xaricində olduğu bildirilir.

İstintaq davam edir.

Fidan
Milli.Az