Acun Ilıcalının Maribor Futbol Klubunu satmağa hazırlaşdığı iddia edilib.
Milli.Az xəbər verir ki, sloveniya mətbuatında yer alan xəbərlərə görə, Sloveniya təmsilçisi Maribor komandasında gözlənilən uğurun olmamasından sonra klubun sahibi Acun Ilıcalının gələcəklə bağlı vacib bir qərar verdiyi iddia edilir.
Ilıcalı klubu satışa çıxarmağa hazırlaşır.
Acunun klubu 9 milyon avroya transfer etməyə hazır olduğu iddia edilib. Bildirilib ki, klub rəsmi olaraq satışa çıxarılmayıb, lakin uyğun təkliflərə açıqdır.
Fidan
Milli.Az