“Atletiko”dan gözlənilməz qələbə

9 Aprel 2026 09:01

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, ikinci oyun günündə "Barselona" və "Atletiko Madrid" üz-üzə gəliblər. Matç 2:0 hesabı ilə Madrid klubunun qələbəsi ilə bitib.

44-cü dəqiqəqə kataloniyalılardan Pau Kubarsi qırmızı vərəqə alaraq meydançanı tərk edib. 45-ci dəqiqədə isə Xulian Alvares madridliləri irəli çıxarıb. 70-ci dəqiqədə Aleksandr Sörlot hesab arasındakı fərqi artırıb.

Milli.Az