Məşhur müğənni Alla Puqaçova Moskvadakı yeganə mənzilini satışa çıxarıb.
Milli.Az xəbər verir ki, daşınmaz əmlakın baxışları yalnız yaxın adamları üçün qapalı formatda keçirilir və satışla bağlı açıq elan yerləşdirilməyəcək.
Söhbət paytaxtın Arbat rayonunda, Filippovski döngəsində yerləşən, sahəsi 303 kvadratmetr olan beşotaqlı mənzildən gedir. Rieltorların qiymətləndirməsinə əsasən, mənzilin dəyəri təxminən 500 milyon rubl (təxminən 10 milyon 843 min manat) təşkil edir. Bildirilir ki, bu mənzili Puqaçovaya 2004-cü ildə onun keçmiş kürəkəni Ruslan Baysarov hədiyyə edib.
Xatırladaq ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra Puqaçova ailəsi ilə birlikdə Rusiyanı tərk edib və İsrailə köçüb. Hazırda onlar əsasən İsraildə yaşasalar da, tez-tez Latviya və Fransa kimi ölkələrə səyahət edirlər. Cütlüyün İsrail pasportu ilə yanaşı, Kipr vətəndaşlığı da var. (Axşam.az)
Milli.Az