Naxçıvanda bəzi dövlət orqanlarının rəhbər işçilərinin yeni vəzifə maaşları müəyyənləşdiriləcək.
Milli.Az-ın məlumatına görə, bununla bağlı məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının aprelin 10-da keçiriləcək beşinci iclasının gündəliyinə daxil edilib.
Belə ki, iclasda "Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi barədə" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar layihəsi müzakirə ediləcək.
Milli.Az