Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı səmimi açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, evlənməmişdən əvvəl ailəsində kifayət qədər sərt qaydalar mövcud olub. Onun sözlərinə görə, saat 21:00-dan sonra evdə olmamaq mümkün deyildi və bu qaydalar ciddi şəkildə nəzarətdə saxlanılırdı.
İsmayılova qeyd edib ki, təkbaşına harasa getməsinə icazə verilməyib: "Ya xalamın oğlanlarından biri mənimlə olmalı idi, ya da Nigar, Gülşən kimi yaxınlarım yanımda olurdu. 20 yaşım olsa da, rəfiqələrimlə tətilə getməyə icazəm yox idi".
Müğənni əlavə edib ki, ona ailə qurub, övladın olmalıdır deyilib.
İfaçı artıq özü ana olduqdan sonra bu məsələyə münasibətinin dəyişdiyini vurğulayıb. O, bildirib ki, müəyyən yaşdan sonra daha sərbəst qərarlar verməyə başladığını deyib: "Artıq 30 yaşım var, dedim ki, bəsdir, qarışmayın".
Sosial şəbəkələrdə yayılan bu açıqlama geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər sənətçiyə dəstək verərək onun yaşadıqlarını anlayışla qarşıladıqlarını bildiriblər, digərləri isə ailə dəyərləri və fərdi azadlıqlar mövzusunda fərqli fikirlər səsləndiriblər.
Musa
Milli.Az