Qışda soyuq havanın təsiri ilə hərəkətimiz azalır, bu da çəki artımına səbəb olur.
Milli.Az xəbər verir ki, yüksək xərc çəkmədən və ağır pəhrizlərə ehtiyac duymadan bu kilolardan xilas olmaq olar.
Acı Bibər (Metabolizmanı 10% sürətləndirir)
Acı bibərə o yandırıcı dadı verən kapsaisin maddəsi bədən istiliyini artıraraq termojenik təsir yaradır. Bədən yüksələn bu daxili istiliyi tarazlamaq üçün əlavə kalori xərcləyir və yağ depolarından istifadə edir.
Maddələr mübadiləsini müvəqqəti olaraq %10 sürətləndirə bilər.
Ağ yağ hüceyrələrinin enerji yandıran qəhvəyi yağlara çevrilməsini təşviq edir.
Alma Sirkəsi (Yağ depolamağa "Yox" deyir)
Alma sirkəsindəki sirkə turşusu (asetik asit) bədənin yağ toplama meylini azaldan bioloji bir açardır.
Qan şəkərini tənzimləyərək insulin partlayışlarının qarşısını alır və bədəni "yağ yandırma rejiminə" keçirir.
Bir stəkan suya əlavə edilən az miqdarda sirkə iştahı kəsir və gün ərzində lazımsız kalori qəbulunun qarşısını alır.
Yaşıl Çay (Qarın bölgəsi yağlarının düşməni)
Yaşıl çay tərkibindəki EGCG antioksidantları sayəsində maddələr mübadiləsini təbii yolla sürətləndirir.
Yağ hüceyrələrinin parçalanmasını təmin edən hormonların səviyyəsini yüksəldir.
Məşqdən əvvəl içilən bir fincan yaşıl çay, idman zamanı yandırılan yağ miqdarını %17 artıra bilər.
Qəhvə (Təbii yağ yandırıcı)
Kofein sinir sistemini xəbərdar edərək yağ toxumalarına "yağları parçala" əmri göndərən güclü bir maddədir.
Maddələr mübadiləsi sürətini %3-11 arasında artırır.
Şəkərsiz və südsüz (sadə) qəhvə içmək bədənin ilkin yanacaq kimi yağları seçməsini təmin edir.
Bu təbii üsulları gündəlik həyatınıza daxil edərkən bol su içməyi və yüngül gəzintiləri unutmayın.
Lalə Qüdrətova
Milli.Az