Suyun altında yüzlərlə nəhəng qızıl yumurta tapıldı

8 Aprel 2026 22:22

Kanada sahillərində, Sakit okeanın 1,5 kilometr dərinliyində aparılan tədqiqatlar zamanı aktiv sualtı vulkan kəşf edilib. Elm adamları vulkanın ətrafında "su pərisi kisəsi" (mermaid's purse) adlandırılan və qızılı rəngli görunuşləri ilə diqqət çəkən yüz minlərlə nəhəng vatoz (skat) yumurtası aşkar ediblər.

Milli.Az xəbər verir ki, okean dibindəki geotermal fəaliyyətləri araşdıran tədqiqat qrupu minerallarla zəngin və isti maye ifraz edən aktiv bir vulkanik mərkəz aşkar ediblər. Aparılan vizual qeydlər zamanı bu bölgənin Sakit okean ağ vatozları tərəfindən nəhəng bir çoxalma sahəsi kimi istifadə edildiyi məlum olub. Mütəxəssislər bölgədəki yumurta sayının 100 min ilə 1 milyon arasında olduğunu təxmin edirlər.

Elmi sənədlərə "bəşəriyyət tarixinin ən böyük dərin dəniz onurğalı çoxalma hadisəsi" kimi düşən bu kəşf vatozların həyatda qalma strategiyalarına dair yeni məlumatlar təqdim edib. Normal şəraitdə buz kimi soyuq dərin dəniz sularında inkişafı illərlə davam edən embrionların, vulkanik qızma sayəsində bu prosesi sürətləndirdiyi müşahidə edilib. Kameralar dişi vatozların təxminən yarım metr uzunluğundakı qızılı rəngli yumurtalarını birbaşa isti geotermal mənbələrin yaxınına buraxmasını ilk dəfə qeydə alıb.

Dərin dəniz vatozlarının balalarının normal şəraitdə inkişafını tamamlaması təxminən dörd il çəkir. Lakin vulkanik mərkəzdən yayılan isti suyun təbii bir "isitmə qabı" funksiyasını yerinə yetirərək inkubasiya (kürt yatma) müddətini qısaltdığı və balaların həyatda qalma şansını artırdığı bildirilib.

Elm adamları bu ekosistemin qorunmasının və dərin dəniz canlılarının termal mənbələrlə olan əlaqəsinin daha ətraflı araşdırılmasının vacibliyini vurğulayırlar.

Lalə Qüdrətova
Milli.Az