Xeyirxah olmaq çox vaxt üstünlük kimi görünür. Dürüst, anlayışlı və fədakar insanlar ətraflarında həmişə sevilirlər. Lakin iş münasibətlərə və emosional bağlara gəldikdə, bu xüsusiyyətlər bəzən insanın əleyhinə işləyə bilər. Çünki hər kəs eyni həssaslığa, eyni vicdana və eyni niyyətə malik deyil. Məhz bu nöqtədə qəlbi təmiz olan insanlar çox vaxt daha çox qırılır, daha çox yorulur və əksər hallarda itirən tərəf olurlar.
Milli.Az xəbər verir ki, bəzi bürclər təbiəti etibarilə daha empatik, daha anlayışlı və daha fədakardır. Onlar qarşısındakı insanı qırmamaq üçün özlərindən güzəştə gedir, problem çıxmasın deyə susur, sevdiklərini xoşbəxt etmək üçün öz ehtiyaclarını arxa plana atırlar. Lakin bu vəziyyət uzunmüddətli perspektivdə emosional aşınmaya və dəyərsizlik hissinə yol aça bilər. Çünki davamlı verən tərəf olmaq, qarşılığını almadıqda böyük bir məyusluq yaradır.
Milli.Az münasibətlərdə ən çox çətinlik çəkən 4 bürcü təqdim edir:
Balıqlar: Həddindən artıq empatiya özünü unutdurur
Balıqlar emosional zəka və empatiya mövzusunda ən güclü bürclərdən biridir. Qarşısındakı insanın nə hiss etdiyini dərhal anlayır və çox vaxt öz hisslərini arxa plana ataraq onun yaxşılığını düşünür.
Balıqların itirməsinin səbəbi pis niyyət deyil, əksinə, həddindən artıq yaxşı niyyətdir. Sərhəd qoymağı öyrənmədikcə eyni döngəni yaşaması qaçılmazdır.
Xərçəng: Sevdikləri üçün özündən vaz keçir
Xərçəng üçün münasibət sadəcə bir bağ deyil, bir yaşam sahəsidir. Sevdiklərini itirməmək üçün həddindən artıq tolerantlıq göstərir. Ən böyük xətası sevgini "fədakarlıq" ilə eyniləşdirməsidir.
Xərçəng əslində itirmir; sadəcə yanlış insanlara çox dəyər verir. Doğru sərhədlər qoyduqda bu həssaslıq onun ən güclü tərəfinə çevrilə bilər.
Tərəzi: Hamını xoşbəxt etməyə çalışarkən özünü itirir
Tərəzi üçün hüzur və harmoniya hər şeydən üstündür. Mübahisə olmasın deyə öz istəklərindən güzəştə gedir və "yox" deməkdə çətinlik çəkir.
Tərəzi öz sərhədlərini çəkməyi və net olmağı öyrəndikdə münasibətlərdə daha güclü mövqe qazanır.
Qız: Yaxşılıq edərkən həddindən artıq yük alır
Qız bürcü kömək etməyi və faydalı olmağı bir vəzifə hesab edir. Qarşısındakı insanın problemlərini də öz problemi kimi mənimsəyir.
Qız bürcü itirmir, sadəcə çox yük alır. Hər şeyi təkbaşına boynuna götürmək əvəzinə paylaşmağı öyrənməlidir.
Bu 4 bürcün ortaq nöqtəsi yaxşı niyyətlərini sərhəd qoymadan istifadə etmələridir:
Sərhəd qoya bilməmək, sui-istifadə edilmə, həddindən artıq empatiya, özünə qarşı laqeyd olmaq, davamlı vermək, tükənmə.
Lalə Qüdrətova
Milli.Az