Müğənni Nadir Qafarzadə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.
Milli.Az-ın məlumatına görə, sənətçi insanların sevgini yalnız vəfatdan sonra göstərməsinə etiraz edib. O bildirib ki, sağlığında qiymət verilməsini daha doğru hesab edir və bu məsələyə xüsusi həssas yanaşır.
Qafarzadə qeyd edib ki, insan illərlə adı ilə tanınır, lakin vəfat etdikdən sonra "mərhum" kimi xatırlanması ona qəribə gəlir. Bu səbəbdən o, ölümündən sonra onun haqqında keçiriləcək tədbirlərə və kamera çəkilişlərinə ehtiyac olmadığını vurğulayıb.
Müğənni insanlara müraciət edərək sevgini vaxtında - insan sağ ikən göstərməyin vacibliyini dilə gətirib və hər kəsə həyatda olarkən dəyər verilməsini arzuladığını bildirib:
"Mən öləndən sonra mənə dəyər verilməsini istəmirəm. İndi də yaxşıyam, həmin adamam - dəyəri indi verin. Oğluma da demişəm ki, mən öləndən sonra heç bir kamera çəkilişi olmasın. Ölən kimi artıq Nadir yox, 'mərhum' deyirlər. Yazıq canım, 55-70 il Nadir olursan, sonra 'mərhum'. Xahiş edirəm, öləndən sonra sevginizi nümayiş etdirməyin. Allah bizə sevgini sağlığımızda qismət etsin, insanların sevgisini bu dünyada nəsib etsin. Mən o dünyada nə olacağını bilmək istəmirəm".
Sənətçinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az