Tramp İranla sanksiyaların yumşaldılmasını müzakirə etməyə razıdır

8 Aprel 2026 16:30

ABŞ və İran arasında Tehrana tətbiq olunan tarif və sanksiyaların yumşaldılması məsələsi müzakirə olunur.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Vaşinqton İranla sıx əməkdaşlıq etməyə hazırdır və ölkənin "məhsuldar rejim dəyişikliyi" mərhələsindən keçdiyini qeyd edib.

ABŞ liderinin sözlərinə görə, iki ölkə arasında razılaşmanın 15 bəndindən bir çoxu artıq razılaşdırılıb. Tərəflər nüvə obyektlərindəki uran ehtiyatlarının çıxarılması və ölkədən daşınması üzərində işləyəcək ki, "basdırılmış nüvə tozu" tam aradan qaldırılsın.

Bundan əlavə, Tramp qeyd edib ki, ABŞ İrana silah tədarük edən ölkələrə qarşı dərhal 50 faiz həcmində rüsumlar tətbiq edəcək.

Ayxan
Milli.Az