Əkiz övladlarını itirən Aynur yenidən ANA OLDU - FOTO

8 Aprel 2026 15:26

Aparıcı Aynur Bağırova yenidən ana olub.

Milli.Az xəbər verir ki, tele-aparıcının qız övladı dünyaya gəlib. O, yeni doğulan körpəsinə Nəfəs adını verib.

Xatırladaq ki, Aynur Bağırova 2021-ci ildə əkiz - bir qız və bir oğlan övladı dünyaya gətirmişdi. Lakin aparıcı daha sonra ağır itkilər yaşayıb: əvvəlcə oğlu, 2024-cü ildə isə qızı vəfat edib.

Musa
Milli.Az