İran ABŞ-in atəşkəs təklifini qəbul etməyərək münaqişənin ölkənin maraqları nəzərə alınmaqla tam şəkildə həll olunmasının vacibliyini vurğulayıb.
Milli.Az xəbər verir ki, iki həftəlik yüksək səviyyəli müzakirələrdən sonra Tehran 10 maddədən ibarət cavab təklifini Pakistana təqdim edib. Təklifdə əsas diqqət regionda münaqişələrin dayandırılması, Hörmüz boğazında təhlükəsiz naviqasiyanın təmin olunması üçün protokolun hazırlanması, infrastrukturun bərpası və sanksiyaların aradan qaldırılmasına yönəlib. İran müvəqqəti atəşkəsi deyil, davamlı və dayanıqlı həllin vacib olduğunu bəyan edib.
Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin hücumları nəticəsində ölkəyə dəyən ziyanın qiymətləndirilməsi üçün göstəriş verib. İlk mərhələdə elektrik enerjisi sahəsində bərpa işlərinə başlanacağı bildirilib.
Asya
Milli.Az