FIFA-dan İspaniyaya ağır ZƏRBƏ

8 Aprel 2026 16:55

FIFA Misir millisinə qarşı keçirilən yoldaşlıq oyunu zamanı baş verən insidentlə bağlı İspaniya Futbol Federasiyasını cəzalandırmaq qərarına gəlib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, qarşılaşma zamanı ispan azarkeşlərin dini inancları hədəf alan davranışı qurumun diqqətindən yayınmayıb.

Tribunadakı tərəfdarlar dini mövzuda zarafat edərək, "Tullanmayan müsəlmandır!" şüarlarını səsləndiriblər. Bu hərəkət intizam qaydalarının pozulması və ayrı-seçkilik kimi qiymətləndirildiyi üçün FIFA-nın İspaniya futbol qurumuna qarşı ciddi sanksiyalar tətbiq edəcəyi gözlənilir.

Xatırladaq ki, matç bitdikdən sonra İspaniya millisinin hücumçusu Lamin Yamal etiraz olaraq azarkeşlərlə sağollaşmadan meydanı tərk edən yeganə futbolçu olub.

Milli.Az