Hamı yatanda İkardidən gecə yarısı atmacalı PAYLAŞIM - FOTO

8 Aprel 2026 17:15

Türkiyənin "Qalatasaray" futbol komandasının argentinalı hücumçusu Mauro İkardi haqqında səsləndirilən iddialar və tənqidlərdən sonra gecə yarısı sosial şəbəkədə etdiyi paylaşımla yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, təcrübəli hücumçu ona qarşı yönələn sərt sözlərə eyni tonda reaksiya verib.

Zədədən sonrakı performansına görə tənqid atəşinə tutulan İkardi sosial şəbəkə hesabında "Görəsən, sabah nə uyduracaqlar?" ifadəsini işlədərək barəsində yayılan xəbərləri hədəf alıb.

"Sarı-qırmızılı" komandada dördüncü mövsümünü keçirən 33 yaşlı futbolçunun gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. İkardinin müqaviləsi mövsümün sonunda başa çatsa da, klubla hələlik yeni razılaşma əldə olunmayıb.

Qeyd edək ki, argentinalı ulduz bu mövsüm "Qalatasaray" forması ilə 40 matçda 15 qol və iki asistlə yadda qalıb. 

Milli.Az