Konte İtaliya millisini çalışdıracaq?

8 Aprel 2026 12:30

Antonio Konte İtaliya millisinin baş məşqçisi postuna mümkün təyinatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, məşqçi mediada adının  tez-tez hallanmasını və bunu normal hesab edir.

Konte vurğulayıb ki, federasiya rəhbəri olsaydı, öz namizədliyini də digər məşqçilərlə yanaşı nəzərdən keçirərdi.

Mütəxəssis milli komandada işləməyin onun üçün böyük qürur olduğunu da gizlətməyib.

O əlavə edib ki, hazırda "Napoli" ilə müqaviləsi var və mövsümün sonunda klub prezidenti ilə gələcəyini müzakirə edəcək.

Milli.Az