"Bitcoin"in qiyməti ABŞ Prezidenti Donald Trampın İranla bağlı atəşkəs bəyanatları fonunda 6%-dən çox artıb.
Milli.Az xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb.
Bakı vaxtı ilə saat 03:23-də "Bitcoin"in qiyməti 72 082 dollar (+5,13%) təşkil edib. Saat 03:29-da isə artım sürətlənərək 6,18%-ə çatıb və qiymət 72 753 dollar səviyyəsində qərarlaşıb.
Milli.Az