10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR

8 Aprel 2026 09:40

Bu gün Bakının Binəqədi rayonunun bir hissəsində qaz olmayacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, aparılacaq təmir-quraşdırılma işləri ilə əlaqədar saat 10:00-dan etibarən Binəqədi rayonunun Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Milli.Az