Dəm qazında ölən 31 yaşlı Qəhrəmanın FOTOsu - YENİLƏNİB

8 Aprel 2026 00:58

Xəbərə foto əlavə olunub.
------------

31 yaşlı Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənərək ölüb.

Milli.Az xəbər verir ki, Cəlilabad rayon Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Yadigar oğlu Əliyev Bakı şəhərində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Mərhum Maşlıq kəndində dəfn olunacaq.

Milli.Az