Yüksək vəzifə verilən Zaur Əliyev kimdir? - DOSYE

7 Aprel 2026 22:20

Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Zaur Rafiq oğlu Əliyev 5 mart 1981-ci ildə Bakı şəhərində anadan olub.

2000-2003-cü illərdə "East Anglia" universitetində (Norviç şəhəri, Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil alıb. 2003-2009-cu illərdə "Ernst & Young" şirkətinin Almatı, Bakı və London şəhərlərindəki ofislərində müxtəlif vəzifələrdə işləyib.

2010-2015-ci illərdə PAŞA Holdinq MMC-də və PAŞA Sığorta ASC-də müxtəlif rəhbər vəzifələrdə işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 1474 nömrəli Sərəncamı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib.

2017-ci il 11 sentyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə gətirilib.

13 may 2022-ci il tarixdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının sədri təyin olunub.

7 aprel 2023-cü ildə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının üzvü təyin olunub.

18 yanvar 2025-ci il tarixində növbəti 4 il müddətinə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib.

Evlidir, 3 övladı var.

Milli.Az