Əməkdar artist Elnarə Abdullayeva səmimi açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi oğlunun şəxsi həyatı ilə bağlı səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb olub. O, bildirib ki, övladına həyat yoldaşı seçmək kimi bir niyyəti yoxdur:
"Oğluma qız tapmaram! Mən niyə tapıram ki? Onun öz gözü də var, ağlı da. Oxutmuşam, universitet bitirib, neçə ildir yaşayır. Ağıllı, kamallı oğlandır, xoşuna gələn xanımı özü seçsin. Mən isə valideyn kimi baxıb deyə bilərəm ki, ailəsi necədir, münasibətə dəyərmi", - deyə sənətçi vurğulayıb.
Abdullayeva əlavə edib ki, övladını elə böyüdüb ki, bu kimi məsələlərdə müstəqil qərar verə bilsin:
"Mən necə oğul böyütmüşəm ki, özü qız tapa bilmir? Elə şey olar?" sözləri ilə fikrini tamamlayıb.
Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş rezonans doğurub. Bəziləri onun fikirlərini dəstəkləyərək valideynlərin bu məsələdə müdaxilə etməməsinin doğru olduğunu qeyd edib, digərləri isə fərqli mövqe sərgiləyiblər.
Musa
Milli.Az