Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin keçmiş sədri Zaur Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, hazırda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin sayca 4-cü müavinidir.
Belə ki, nazirin Zaur Əliyevdən başqa daha 3 müavini var.
.jpg)
Hidayət Kaviz oğlu Abdullayev
1979-cu ildə anadan olub.
O, hazırkı vəzifəsinə qədər Nazirliyin Aparatının rəhbəri olub, 2020-ci ildən isə nazir müavini kimi fəaliyyətini davam etdirir.
.jpg)
Anar Məhərrəm oğlu Bayramov
1975-ci ildə anadan olub.
O, Prezidentin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.
.jpg)
Rəşad Əzizağa oğlu Mustafayev
1978-ci ildə anadan olub.
O, Prezidentin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib.
Ehtiyatda olan zabitdir.
.jpg)
Anar Əliyevin 4-cü müavini isə Zaur Rafik oğlu Əliyevdir.
1981-ci ildə anadan olub.
O, hazırkı vəzifəsinə qədər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri kimi çalışıb.
Zaur Əliyev həmçinin Tarif (qiymət) Şurasının üzvü, Üzgüçülük Federasiyasının isə prezidentidir.
Hazırda əmək və əhalinin sosial müdafiəsi naziri müavini olan Rəşad Mustafayev və Anar Bayramov Anar Əliyevin nazir təyinatından sonra müavin olublar. Bu gün Zaur Əliyev də onların cərgəsinə qoşuldu.
Qeyd edək ki, ötən ay Prezident İlham Əliyevin Fərmanı ilə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müavinlərinin sayı 5 nəfərə çatdırılıb. Belə görünür ki, hazırda 4 müavini olan nazirə yaxın zamanlarda daha bir müavin də təyin ediləcək.
Milli.Az