Əməkdar artistin qoşa 3 mərtəbəli VİLLALARI - VİDEO

8 Aprel 2026 12:10

Əməkdar artist Nüşabə Ələsgərli bu dəfə dəbdəbəli həyat tərzi ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, müğənninin övladları üçün tikdirdiyi qoşa villalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məlumata görə, sənətçi oğul və qız övladı üçün eyni ərazidə iki, biri-birinə bənzər villa inşa etdirib.

3 mərtəbədən ibarət olan bu villaların həm memarlıq üslubu, həm də genişliyi diqqət çəkib. Dəbdəbəli görünüşü ilə seçilən evlərin görüntüləri və interyeri izləyicilərin marağına səbəb olub, bəziləri sənətçinin övladlarına belə bir şərait yaratmasını təqdir edib, digərləri isə bu cür təmtəraqlı həyat tərzini müzakirə mövzusuna çevirib.

Sözügedən görüntüləri təqdim edirik:

Musa
Milli.Az