"Turan Tovuz" azarkeşlərinə şad xəbər

7 Aprel 2026 18:38

Peşəkar Futbol Liqası (PFL) tərəfindən Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri təftiş olunub.

Milli.Az xəbər verir ki, bu barədə PFL-dən məlumat verilib.

Bildirilib ki, test oyununun nəticələrinə əsasən "Turan Tovuz" klubunun ev oyunlarının 12 apreldə nəzərdə tutulmuş "Sumqayıt"a qarşı matçdan etibarən Tovuz şəhər stadionunda keçirilməsinə qərar verilib.

Milli.Az