"5 dəfə "Avroviziya" seçim turuna qatılmışam"

7 Aprel 2026 19:23

Müğənni Azad Şabanov 5 dəfə "Avroviziya" seçim turlarına müraciət etdiyini bildirib.

Milli.Az xəbər verir ki, bu haqda Azad "Qonaqcanlı" proqramında danışıb. O, bildirib ki, seçimlərə qatılsa da, seçilməyib:

"5 dəfə "Avroviziya"nın seçim turuna müraciət etmişəm. Amma bu il etmədim. Təklif gəlsə, məmnuniyyətlə gedərəm. Təkliflərə hər zaman açığam". (Axşam.az)

Milli.Az