Aprelin 8-də Biləsuvar və Şəmkir rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Milli.Az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, saat 10:00-dan etibarən Biləsuvar rayonunda 600 abonentin qaz təchizatı dayandırılacaq.
Buna səbəb Xırmandalı kəndində yerləşən əsas paylayıcı yeraltı qaz xəttində aşkar edilən sızmanın aradan qaldırılması məqsədilə təmir işlərinin aparılmasıdır.
Eyni zamanda, Şəmkir Regional Qaz İstismarı İdarəsinin məlumatına əsasən, sabah saat 09:30-dan etibarən Tovuz əhali xəttindən qidalanan orta təzyiqli daşıyıcı qaz xəttində aşkar olunan sızmaların ləğvi, yeni abonentlərin şəbəkəyə qoşulması və cari təmir-bərpa işləri ilə əlaqədar şəhərin bir hissəsində qaz təchizatı dayandırılacaq.
Bildirilib ki, Şəmkirdə aparılan işlər səbəbindən 3 000 abonentin qaz təchizatında fasilə yaranacaq.
Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra bərpa ediləcəyi qeyd olunub.
------------
Şəkidə "Təmiz Qaz" QSC tərəfindən balans qovşaqlarının mənbəyə qoşulması ilə əlaqədar 8 apreldə saat 09:30-dan etibarən şəhər ərazisində, habelə Oxud, Qoxmuq, İnçə, Baş Küngüt, Bideyiz, Baş Zəyzid, Orta Zəyzid, Köbər Zəyzid, Aşağı Küngüt, Qırxbulaq, Vərəzət kəndlərində qaz kəsiləcək.
Milli.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qoşulma işləri ilə əlaqədar cəmi 22 820 əhali abonenti və 372 qeyri-əhali abonentin qaz təchizatı dayandırılacaq.
Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilişi bərpa olunacaq.
Milli.Az