Türkiyədə İsrailin İstanbuldakı Baş konsulluğu yaxınlığında silahlı hücum həyata keçirmiş şəxslərin İŞİD terrorçu qruplaşmasının üzvləri olduğu məlum olub.
Milli.Az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi qanlı insidentdə iştirak edən şəxslərin qardaş olduqlarını və İstanbula İzmitdən gəldiklərini söyləyib.
"Müəyyən edilən şəxslərdən birinin dini istismar edən təşkilatla (İŞİD) əlaqəsi olduğu, ikisi qardaş olan terrorçulardan birinin isə narkoloji dispanserdə qeydiyyatda olduğu müəyyən edilib", -deyə o bildirib.
Türkiyə mediasında terrorçuların adları Onur Ç., Enes Ç. və Yunus E.S. kimi açıqlanıb. Hücumla bağlı geniş araşdırma aparılır.
Milli.Az
__________
İstanbulda İsrail Konsulluğunun qarşısında atışmada hücum edənlərdən ikisi öldürülüb.
NTV-nin xəbərinə görə, hücum edənlərdən biri yaralı halda ələ keçirilib.
Bundan başqa, atışmada iki polis əməkdaşı yaralanıb.
Ədliyyə naziri hadisə ilə bağlı prokurorluqda araşdırma başladıldığını bildirib.
Milli.Az
__________
İstanbulda İsrail konsulluğunun binasının qarşısında atışma səsləri eşidilib.
Milli.Az xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.
Bildirilir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının çoxsaylı qüvvələri göndərilib.
Xəbərdə bildirilir ki, insident zamanı üç nəfər zərərsizləşdirilib, iki polis əməkdaşı isə yaralanıb.
Milli.Az