İran üçün vaxt daralır: ABŞ təhlükəsizlik mesajı verdi

7 Aprel 2026 13:20

ABŞ-in müdafiə naziri Pit Heqset çərşənbə axşamı açıqlayıb ki, ölkəsi İranla bağlı hərbi əməliyyatlar çərçivəsində ən güclü zərbələri endirməyə hazırdır.

Milli.Az xəbər verir ki, bu barədə o, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla birgə təşkil olunan mətbuat konfransında danışıb.

Heqset bildirib ki, prezidentin göstərişi ilə bu gün Yaxın Şərqdə həyata keçirilən əməliyyatlar dövründə ən genişmiqyaslı hava zərbələri vurulacaq, sabah isə bu göstərici daha da artacaq.

Onun sözlərinə görə, ABŞ hərbi qüvvələri ölkənin maraqlarını qorumaq və verilmiş tapşırıqları yerinə yetirmək üçün hər an hər yerdə hərəkət etməyə hazırdır.

Müdafiə naziri həmçinin İranı seçimini ağıllı şəkildə etməyə çağırıb:

"Prezident zarafat etmir. Biz dəqiq addımlar atır və hava məkanına tam nəzarət edirik".

Asya
Milli.Az