Bitcoin 75 min dolları keçə bilməsə nə baş verəcək?

7 Aprel 2026 13:00

 "Bitcoin" 75 min dollar səviyyəsini qoruya bilməsə, qiymətində kəskin düşüş ola bilər.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, ekspert Mayk Makqlon bildirib ki, əgər kriptovalyuta psixoloji həddi keçməzsə, qiyməti 10 min dollara qədər geriləyə bilər. 2020-2021-ci illərdə "Bitcoin" əsasən 10 min dollar ətrafında ticarət olunub və bu səviyyəyə qayıtması mümkündür.

Aprelin 6-da "Bitcoin" təxminən 69 min dollarda qərarlaşıb, son iki ay ərzində isə qiymət 65-75 min dollar arasında dəyişib.

Makqlon əlavə edib ki, digər kriptovalyutaların artan rəqabəti və məhdudiyyətsiz emissiyası "Bitcoin"in inkişafına mane olur və 2026-cı ilə qədər USDT həm "Bitcoin", həm də "Ethereum"u geridə qoyacaq. 

Asya
Milli.Az