Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran şəhəri, Füzuli küçəsində fəaliyyət göstərən, Ağayev Əli Hacıağa oğluna məxsus "Ağ Saray" şadlıq evində yoxlama keçirib.
Milli.Az xəbər verir ki, baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, qeydiyyatdan keçməmiş istehsalçı tərəfindən istehsal olunan və etiket məlumatlarına dair tələbləri pozulmuş "Organic Ultra" əmtəə nişanlı alkoqollu içkilərin toy şənliyində istifadə olunmasının qarşısı alınıb.
Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Məhsulların istifadəsı məhdudlaşdırılıb, araşdırmalar davam etdirilir.
Milli.Az