Luçeskunu əvəzləyən Hacının maaşı təəccübləndirdi

7 Aprel 2026 15:10

Rumıniya futbol millisində baş məşqçi postundan ayrılan Mirça Luçeskunun yerinə gətirilən Georgi Hacının maaşı açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 61 yaşlı mütəxəssis yeni vəzifəsində ayda 27 min avro (54 min AZN) qazanacaq. Rumıniya mətbuatının məlumatına görə, Hacı millidə müqaviləyə əsasən sələfi ilə tamamilə eyni məvacibi alacaq.

Xatırladaq ki, 80 yaşlı Luçesku məşqdən öncə vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmiş, daha sonar isə onun komanda ilə müqaviləsi ləğv ediulmişdi. Hacının rəhbərliyi altında millinin ilk oyunu isə iyunun 2-də Tbilisidə Gürcüstan seçməsinə qarşı keçiriləcək yoldaşlıq matçı olacaq.

Milli.Az