Rəqibini öldürməklə hədələdi

7 Aprel 2026 12:00

Rusiyalı UFC döyüşçüsü Azamat Murzakanov qarşıdakı döyüşdən əvvəl növbəti rəqibi Paulo Kostaya qarşı sərt açıqlama verib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, idmançılar arasında döyüş 12 aprel gecəsi Mayamidə UFC 327-də keçiriləcək.

Döyüşdən əvvəl Murzakanov sosial mediada yazıb: "12 apreldə Paulo Kostanı öldürəcəyəm. Bütün Braziliya üçün ədaləti bərqərar edəcəyəm".

Bu paylaşımdan sonra rusiyalı braziliyalı azarkeşlərdən gözlənilməz dəstək alıb. Bir çox sosial media istifadəçisi döyüşçünü fəal şəkildə dəstəkləyərək onu "Kostadan daha çox braziliyalı" adlandırıb.

Murzakanov həmçinin ona uğur arzulayan onlarla mesajı yenidən paylaşıb və ən populyarlarından biri Braziliya milli komandasının formasında çəkilmiş şəkli olub.

Bundan əlavə, döyüşçü döyüşdən əvvəl 100.000 sosial media izləyicisinə çatacağı təqdirdə döyüşə Braziliya bayrağı ilə girəcəyini bildirib.

Milli.Az